Azərbaycan lazım olacaqsa, Ermənistana qarşı daha radikal tədbirlər görəcək

Azərbaycan lazım olacaqsa, Ermənistana qarşı daha radikal tədbirlər görəcək. "Trend"in məlumatına görə, bu fikri çərşənbə axşamı jurnalistlərə "Ermənistan bəyan edir ki, Qarabağ üzərindən keçib, Azərbaycana gedən təyyarələri vura bilərlər. Azərbaycan bununla bağlı hansı tədbirlər görür?" sualını cavablandırarkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
"Hazırda Azərbaycan hökuməti bununla bağlı bütün lazımi tədbirləri həyata keçirir, lazımi işləri görür. Separatçı rejim bütün dünyaya meydan oxuyur. Separatçı rejimin dili ilə meydan oxuyan hal-hazırkı Ermənistan dövlətidir və onun rəhbərləridir", - Əli Həsənov əlavə etmişdir.
PA rəsmisinin sözlərinə görə, Dağlıq Qarabağ problemi, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmadan keçmiş Xocalı aeroportunun bərpa edilməsi və separatçı rejimin Azərbaycanın suveren ərazisində uçuşlar həyata keçirməsi, təyyarələr qəbul etməsi, göndərməsi qeyri-qanunidir:"Bu, həm beynəlxalq hüquqa, həm də ölkələrarası münasibətlərin bütün aspektlərinə ziddir. Ona görə də Azərbaycan lazımi tədbirləri görür. Düşünürük ki, bunun qarşısını ala biləcəyik".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında