Yeni Azərbaycan Partiyasının yubileyi cənub rayonlarında qeyd olunmuşdur

LERİK
Tədbir iştirakçıları Lerik şəhərinin mərkəzi meydanında partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər.
Sonra rayon mədəniyyət evində YAP-ın yaranmasının 20 illiyinə həsr edilmiş filmə baxış oldu. Partiyanın rayon təşkilatının sədri Elxan Qənbərov məruzə ilə çıxış etdi.
Qeyd olundu ki, Yeni Azərbaycan Partiyası blokada şəraitində yaşayan Naxçıvanda yaranmış, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə, Azərbaycanın bütün regionlarından seçilmiş 550 nümayəndənin təmsil olunduğu təsis konfransı keçirilmiş və Ulu öndər yekdilliklə partiyanın sədri seçilmişdir. Daha sonra natiq partiyanın rayon təşkilatı tərəfindən həyata keçirilən tədbirlər, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri barədə məlumat verdi.
Tədbirdə iştirak edən YAP İdarə Heyətinin üzvü, icra katibinin müşaviri Kərim Kərimov, Milli Məclisin deputatı İqbal Məmmədov, partiyanın mərkəzi aparatının məsul işçisi Mirkamal Seyidov, rayon icra hakimiyyəti başçısı Rövşən Bağırov çıxış edərək iqtidar partiyasının 20 ildə minlərlə siyasi fəalı birləşdirən böyük siyasi qüvvəyə çevrildiyini iftixarla qeyd etdilər. Partiyanın keçdiyi tarixi yola müxtəlif aspektlərdən nəzər salındı və YAP-ın Heydər Əliyev siyasi kursunun dönmədən həyata keçilməsi xüsusi vurğulandı.
Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə üzvlük vəsiqələri, partiyanın rayon təşkilatının fəaliyyətində fərqlənənlərə fəxri fərmanlar verildi. Yeni Azərbaycan Partiyası rayon təşkilatının yaranmasında xidmətləri olan şəxslərə icra hakimiyyəti başçısı tərəfindən qiymətli hədiyyələr təqdim olundu.
Yubiley tədbiri rayon musiqi kollektivlərinin rəngarəng ifaları ilə davam etdirildi.
YARDIMLI
Ucqar dağlıq rayon olan Yardımlıda Yeni Azərbaycan Partiyası üzvlərinin sayı ildən-ilə artır. Onlar rayonun sosial-iqtisadi inkişafında fəallıq göstərir, Azərbaycanın tərəqqisinə layiqli töhfələr verirlər.
Partiyanın yaranmasının 20-ci ildönümü Yardımlıda təntənə ilə qeyd edildi. Öncə tədbir iştirakçıları Heydər Əliyev Parkında ulu öndərin büstünü ziyarət etdilər, önünə gül dəstələri qoydular. Tədbir Nizami adına klubda davam etdirildi. Milli Məclisin üzvü Mirkazım Kazımov, YAP mərkəzi aparatının məsul işçisi Mirkamil Seyidov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, rayon icra hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri yubiley tədbirində iştirak edirdilər. 20 illik tarixi yola həsr olunmuş məruzə maraqla dinlənildi. Çıxışlarda iqtidar partiyasının keçdiyi şərəfli yola, Azərbaycanın çiçəklənməsi naminə həyata keçirdiyi mühüm tədbirlərə işıq tutuldu.
MASALLI
Yubileyi qeyd edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının fəalları və qonaqlar əvvəlcə partiyanın qurucusu və memarı, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir Masallı Gənclər Mərkəzində davam etdi. Partiyanın rayon təşkilatının sədri Seyfəddin Əliyev tarixi zərurətdən yaranan, Heydər Əliyev dühasının ərsəyə gətirdiyi Yeni Azərbaycan Partiyasının 20 illiyi münasibətilə tədbir iştirakçılarını təbrik edərək gələcək işlərində onlara yeni uğurlar arzuladı.
Sonra geniş məruzə dinlənildi. Natiq bildirdi ki,YAP Masallı rayon təşkilatı 9 nəfərlə formalaşmışdısa, bu gün təşkilatın sıralarında artıq 9000 nəfərə yaxın partiya üzvü birləşir ki, onlardan da 2366 nəfəri qadın, 2989 nəfəri gənclərdir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, rayon təşkilatı yarandığı gündən qabaqcıllar sırasındadır.
Sonra təşkilatın qadınlar şurasının sədri Naibə Aslanova, gənc üzvlərdən Aytən Şükürova, Kənan Haşımov, şura üzvü Qardaş Fətullayev,YAP Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov və Milli Məclisin üzvü Nəriman Əliyev Yeni Azərbaycan Partiyasının tarixi zərurətdən yarandığını, Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi rol oynadığını qeyd etdilər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının sıralarına yeni daxil olmuş gənclərə üzvlük vəsiqələri, rayon təşkilatının fəallarına fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olundu.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında