Bakıda keçirilən İnternet-forum çərçivəsində Azərbaycanın və BMT-nin bayraqları qaldırılmışdır

Noyabrın 5-də Bakı Ekspo-mərkəzində İnternet-idarəetmə məsələlərinə dair VII Beynəlxalq forum çərçivəsində Azərbaycan Respublikasının və Birləşmiş Millətlər Təşkilatının bayraqlarının qaldırılması mərasimi olmuşdur. 
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və BMT-nin Baş katibinin müavini Vu Honqbo mərasimdə iştirak etmişlər.
Xatırladaq ki, forum noyabrın 6-da işə başlayır. Forumda dünyanın müxtəlif ölkələrini təmsil edən 1500-ə yaxın nümayəndə iştirak edir. "Davamlı insan, iqtisadi və sosial inkişaf naminə İnternetin idarə edilməsi" mövzusuna həsr edilmiş bu forumda İnternetin inkişafından irəli gələn qlobal problemlər, iqtisadiyyatın, təhsilin və mədəniyyətin tərəqqisində İnternet texnologiyalarının rolu müzakirə ediləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında