İranda fəaliyyət göstərən veb saytda Bakı İkinci Beynəlxalq Humanitar Forumu barədə məqalə yerləşdirilmişdir

İranda fəaliyyət göstərən nüfuzlu www.khabaronline.ir veb saytında cari ilin oktyabrında keçirilmiş Bakı İkinci Beynəlxalq Humanitar Forumu barədə fars dilində elmi məqalə yerləşdirilmişdir. 
Müəllifinin Tehran Universitetinin professoru Bəhram Əmirəhmədianın olduğu məqalədə forumun əsas məqsəd və mahiyyəti geniş təhlil edilir. Müəllif yazır ki, bu beynəlxalq mərasim Azərbaycan Respublikasının dünya miqyaslı humanitar siyasətinin müsbət nəticələrinin nümunəsidir. Məqalədə Azərbaycanın beynəlxalq təşkilatlardakı yeri və rolu, dövlətimizin həyata keçirdiyi çoxşaxəli humanitar siyasətin mahiyyəti və nəticələri, qarşıya qoyulan məqsədlərə çatmaq üçün istifadə olunan vasitə və metodlar dərindən araşdırılmışdır. Bildirilir ki, forumda 70 ölkəni təmsil edən 694 görkəmli nümayəndənin iştirakına nail olmaq üçün Azərbaycan tərəfi böyük səmərəli fəaliyyət proqramı həyata keçirmişdir. Məqalədə yazılır: Azərbaycan Respublikasına və Prezident İlham Əliyevə rəğbət və ehtiramlarını ifadə edən forum iştirakçıları bu beynəlxalq humanitar mərasimdə təmsil olmaqlarından iftixar duyduqlarını açıq şəkildə ifadə edirdilər. Forum XXI əsrdə bəşəriyyətin qarşısında dayanan problemlərin həlli üçün elmi-siyasi platformaların yaradılması, humanitar əməkdaşlığın səmərəliliyinin artırılması və genişləndirilməsi ətrafında hərtərəfli müzakirələrin aparılmasına və fikir mübadiləsinə şərait yaratmışdır. Professor çoxsaylı dəlillərlə əsaslandırır ki, Bakı İkinci Beynəlxalq Humanitar Forumunun nəticələri Azərbaycan Respublikasının beynəlxalq proseslərdəki rolu, tarixi, mədəniyyəti, iqtisadiyyatı, təbii resursları, insan potensialı, Azərbaycan xalqının milli-mənəvi dəyərləri, əxlaqi keyfiyyətləri, adət-ənənələri və s. barədə həqiqətlərin dünya ictimaiyyətinə düzgün çatdırılması məsələsində növbəti bir uğurdur.

{nl}

Sabir ŞAHTAXTI, AzərTAc-ın xüsusi müxbiri
Tehran

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında