"Azərsu" ASC-də Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi

Dünən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. Azərbaycan xalqının ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu və ilk sədri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 
Mərasimdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının yaranma tarixinə nəzər salaraq partiyanın ölkənin ictimai-siyasi həyatında misilsiz xidmətlərinin olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın tarixində özünəməxsus yer tutan, yaradıcısı ulu öndər Heydər Əliyev olan, hazırda Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının amalı dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqın sosial-rifah halını yaxşılaşdırmaqdan ibarət olmuşdur. Ölkəmizin su təchizatı sektorunda reallaşdırılan iri layihələrin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran natiq bildirmişdir ki, ümummilli liderin rəhbərliyi ilə respublikamızda Kür Sutəmizləyici Qurğular Kompleksi tikilmiş, Oğuz-Qəbələ-Bakı su kəmərinin inşasına qərar verilmiş, su təchizatı sektoruna böyük həcmdə xarici investisiyalar cəlb edilmişdir. Bu sahədə işlərin məntiqi davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında paytaxt və bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr uğurla həyata keçirilir. Bu gün Bakı şəhəri və Abşeron yarımadasından başqa, ölkənin 35 şəhəri və 265 kəndinin su təchizatı yenidən qurulur.
Tədbirdə çıxış edən YAP Siyasi Şurasının üzvü, Yasamal rayon təşkilatının sədr müavini, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov, "Azərsu" ASC üzrə ilk ərazi təşkilatının sədr müavinləri Etibar Məmmədov və Heydər Abbasov, partiya üzvü Nərgiz İlyasova ölkənin ictimai-siyasi həyatında partiyanın xidmətlərindən danışmış, ulu öndər Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən bəhs etmişlər.
Tədbirin sonunda partiya sıralarına qəbul edilən 24 nəfərə üzvlük vəsiqələri təqdim olunmuşdur. Yeri gəlmişkən, hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2520 nəfər işçisi və ya kollektivin hər 4 üzvündən biri Yeni Azərbaycan Partiyasının üzvüdür. Onların isə 450 nəfəri son bir ildə partiya sıralarına qəbul olunmuşdur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında