Azərbaycan ilə Bolqarıstan şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır

Noyabrın 5-də Bakı Biznes Mərkəzində Bolqarıstan Respublikasının regionların inkişafı və ictimai işlər naziri Liliyana Pavlovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Azərbaycan-Bolqarıstan biznes forumu keçirilmişdir.
Tədbirdə Azərbaycan və Bolqarıstan tərəfindən infrastruktur, mühəndislik, elektroenergetika, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak etmişlər.
İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov qarşılıqlı rəsmi və işgüzar səfərlərin, biznes forumların Azərbaycan və Bolqarıstan arasında əməkdaşlığın daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulamış, iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir. Qeyd edilmişdir ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2,9 faiz artmışdır. Hazırda Azərbaycanda Bolqarıstan kapitallı 10 şirkət fəaliyyət göstərir. Nazir müavini ixracyönümlü kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emalı və qablaşdırılması, turizm, maşınqayırma, kimya və əczaçılıq sahəsində iş adamları arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu demişdir.
Bolqarıstan Respublikasının regionların inkişafı və ictimai işlər naziri Liliyana Pavlova ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini, iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini vurğulamışdır. Nazir ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında bu gün keçirilən ikitərəfli görüşlərin əhəmiyyətli olacağını qeyd etmişdir.
Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunmuşdur.
Biznes forum çərçivəsində Azərbaycanın biznes və investisiya imkanlarına, "Bakı Ağ Şəhər" layihəsinə, Bolqarıstanın iqtisadiyyatına dair təqdimatlar keçirilmişdir.
Tədbirdə Azərbaycanın "Azvirt", Bolqarıstanın "Trace Group" və "Dinamic Resource" şirkətləri, həmçinin Azərbaycanın "Caspian Service", Bolqarıstanın "Dinamic Resource" və "Biad Company" şirkətləri arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır.
Səfər çərçivəsində Bolqarıstan iş adamları bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaqlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında