"Prezident İlham Əliyev" üçcildliyi Bişkekdə qırğız dilində nəşr ediləcəkdir

Bişkekdəki Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə cari ilin əvvəllərində Bişkekdə rus dilində nəşr olunmuş "Prezident İlham Əliyev" üçcildliyi qırğız dilində də çap olunacaqdır. Üçcildliyi tanınmış tərcüməçi Mukan Asanaliyev və professor Baysabayev Bektursun tərcümə edirlər. 
Kitablarda Prezidentin xarici ölkələrə səfərləri, nitqləri, xarici dövlətlərin başçıları ilə görüşləri, müsahibə və bəyanatları öz əksini tapmışdır.
Mukan Asanaliyev Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Bişkekdə çap olunan "Gorus 2010: Absurd teatrı mövsümü" kitabını, "Manas eposu və türk dastançılıq ənənələri" monoqrafiyasını, görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin "Seçilmiş əsərləri" üçcildliyini, Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasının qırğız, rus və ingilis dillərinə və bir çox başqa əsərləri qırğız dilinə tərcümə etmişdir.
Xatırladaq ki, fondun sifarişi ilə ölkələrimiz arasında mədəni-humanitar sahədə əlaqələrin genişləndirilməsi məqsədi ilə Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı indiyədək 45 kitab nəşr olunmuş və pulsuz yayılmışdır.

{nl}

Qulu KƏNGƏRLİ, AzərTAc-ın xüsusi müxbiri 
Bişkek


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında