Azərbaycan Prezidentinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlamışdır

Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (www.president.az) yeni tərtibatda fəaliyyətə başlamışdır.
Qloballaşan dünyada informasiya və kommunikasiya texnologiyalarının sürətli inkişafı insanın həyat tərzinin dəyişməsinə, yeni münasibətlər sisteminin formalaşmasına səbəb olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə müasir texniki tərəqqinin nailiyyətlərinə əsaslanan informasiya cəmiyyətinin inkişafına xüsusi önəm verir. Bu, Azərbaycanın gələcək inkişafının sağlam təməl üzərində qurulmasını və rəqabətədavamlı istehsal sahələrinin yaradılmasını şərtləndirir.
İnformasiya və kommunikasiya texnologiyaları sektoru artıq Azərbaycanda prioritet sahələrdən birinə çevrilmişdir. Bu sahədə inkişaf paytaxtla yanaşı, ölkəmizin regionlarda da müşahidə olunur. VII İnternet İdarəçilik Forumunun Bakıda keçirilməsi dövlətimizin başçısının informasiya və kommunikasiya texnologiyaları sektorunun inkişafına verdiyi diqqətin əyani təsdiqidir.
Azərbaycan Prezidentinin rəsmi internet saytı innovasiya texnologiyalarının tətbiqini təmin etməklə yanaşı, hər bir vətəndaşın bu imkandan bəhrələnməsini, hökumət və vətəndaş münasibətlərinin məzmunca yeni mərhələyə keçməsini təmin edir. Sayt ölkə vətəndaşlarının, xaricdə yaşayan soydaşlarımızın və əcnəbilərin diqqətini getdikcə daha çox cəlb edir. Bu səbəbdən Azərbaycan Prezidentinin rəsmi saytına müraciətlərin sayı getdikcə daha da artmaqdadır. Bütün bunlar nəzərə alınaraq Prezidentin rəsmi saytı mütəmadi olaraq dizayn və struktur baxımından təkmilləşdirilir.
Bu dəfə də ən son internet texnologiyaları əsasında yeniliklər aparılaraq saytın çox mükəmməl dizaynı hazırlanmışdır. Bu da səhifələrin cəlbediciliyini və daha da oxunaqlı olmasını təmin edir. Burada Prezidentin keçirdiyi görüşlərdən, iştirak etdiyi tədbirlərdən fotoşəkillərə daha böyük ölçüdə baxmaq mümkündür.
Yeni tərtibatlı saytda, həmçinin "Azərbaycan: 2020 - Gələcəyə baxış" inkişaf konsepsiyası da yer almışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında