Bakı VII İnternet İdarəçilik Forumuna ev sahibliyi edəcəkdir

"Bakıda VII İnternet İdarəçilik Forumu çərçivəsində onlayn KİV-in təhlükəsizliyinə həsr olunan beynəlxalq forumun nəticələrindən çox şey gözləyirik." AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycana səfərdə olan ABŞ Dövlət Departamentinin beynəlxalq kommunikasiya və informasiya siyasəti üzrə əlaqələndiricisi Filip Verveyer demişdir.
Forumda internet təhlükəsizliyi, internetdən terrorçu məqsədlərlə istifadənin qarşısının alınması kimi məsələlərin müzakirə edəcəyini bildirən F.Verveyer demişdir ki, belə bir tədbirə ev sahibliyi etmək çox məsuliyyətli və zəhmət tələb edən işdir. Azərbaycanda bütün sahələr yüksək səviyyədə inkişaf etmiş və dünyada söz sahibinə çevrilən aparıcı ölkələr sırasındadır. Ona görə dünya üçün aktual olan belə bir möhtəşəm tədbirin məhz Azərbaycanda keçirilməsi də onun təkcə regionda deyil, eyni zamanda, dünyada artan nüfuzunun göstəricisidir.
Bu gün dinamik inkişaf edən Azərbaycan dünyanı düşündürən bir çox qlobal məsələlərin həllinə çalışır və dünya miqyaslı layihələrin reallaşmasına öz töhfəsini verir. Tədbir ümumilikdə bu sahənin inkişafı üçün də çox əhəmiyyətlidir. Dünyanın bir çox ölkəsindən 1000-dən çox iştirakçının İnternet İdarəçilik Forumunda iştirak edəcəyini deyən Filip Verveyer buna görə hər bir kəsin məhz Azərbaycana minnətdar olmasını diqqətə çatdırmışdır.
F.Verveyer qeyd etmişdir ki, Azərbaycan telekommunikasiya və texnologiyalar strukturunun yaradılması və inkişafına çox böyük diqqət yetirir. Bu tədbir özü Azərbaycanla yanaşı, bizim özümüzə də internet problemlərinin aradan qaldırılmasına və gələcək işlərimizin necə qurulmasına dəstək verəcəkdir.
Noyabrın 5-də işə başlayacaq İnternet İdarəçilik Forumu Azərbaycan hökuməti ilə yanaşı, Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESCO-nun birgə təşkilatçılığı ilə keçiriləcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında