Bakıda Nizami Gəncəvinin orijinal əlyazmalarının sərgisi keçirilmişdir

Bakıda Nizami Gəncəvinin 870 illiyi ilə bağlı tədbirlər çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Milli Tarix Muzeyi ilə birgə dahi Azərbaycan şairi Nizami Gəncəvinin və Şərqin inciləri sayılan digər əsərlərin orijinal əlyazmalarından ibarət sərgi keçirmişdir.
APA-nın məlumatına görə, sərgidə 40-dan çox ölkədən toplanılmış misilsiz əlyazmalar ilk dəfə nümayiş olunub. Eyni zamanda, sərgidə XII əsrə aid İncil, müxtəlif dövrlərə aid Qurani-Kərim, dahi Nizaminin "Xəmsə"sinin Hindistan, Misir, İran, Mərkəzi Asiya əlyazmaları, qızıl işləməli illüstrasiyalar nümayiş olunub.
Sərginin açılışında ABŞ Dövlət Departamentinin qadın məsələləri üzrə əlaqələndiricisi xanım Melani Verveyer, ABŞ Dövlət Departamentinin İKT üzrə əlaqələndiricisi Filip Verveyer, ABŞ, Misir, Qırğızıstanın Azərbaycandakı səfirləri və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Sərgidə qonaqlara əlyazmalar barəsində ətraflı məlumat verilib.
Sərgidən sonra Muzeyin böyük zalında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qısa müddətdə gördüyü işlərlə bağlı videofilm nümayiş etdirilib.
Himayədarlar Şurasının xüsusi qərarı ilə xanım Melani Verveyer dünyada qadın problemlərinin həllində, yoxsul ölkələrdə gənc qızların maarifləndirilməsi istiqamətində fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mükafatı ilə təltif olunub.
Xanım M.Verveyer öz növbəsində onun fəaliyyətinə belə böyük dəyər verildiyinə görə təşəkkürlərini bildirib və Nizami Gəncəvinin əlyazmaları ilə tanışlığın onun üçün böyük şərəf olduğunu qeyd edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında