Azərbaycan Şərqin ən çox avropalaşan ölkəsidir

Bu fikir Fransanın Dö Sevr departamentinin gündəlik mətbu orqanı olan "Yeni Respublika" (La Nouvelle Republique) qəzetinin 31 oktyabr tarixli nömrəsində Azərbaycandan bəhs edən yazıda yer almışdır.
Qəzet Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Fransada keçirilən Azərbaycan günləri ilə bağlı ölkənin Niot şəhərində təşkil olunan sərgi, habelə respublikamız haqqında oxucularına ətraflı məlumat vermişdir. Yazının əvvəlində qeyd olunur ki, çoxəsrlik ənənələrin məhsulu olan xalçalar sərginin mirvarilərindən biridir. Sərginin iki gün davam edəcəyini xatırladan məqalədə deyilir ki, Azərbaycan Şərqin ən çox avropalaşan ölkəsidir. Azərbaycan öz zəngin mədəni irsi ilə Niot sakinlərini heyrətləndirmişdir.
Məqalədə xalçalardan, arxeoloji qazıntılar zamanı tapılan əşyalardan, miniatürlərdən, qədim geyim nümunələrindən, musiqi alətlərindən söhbət açılır, Azərbaycan muğamının UNESCO-nun bəşəriyyətin qeyri-maddi mədəni irs siyahısına daxil edildiyi xüsusi vurğulanır.
Azərbaycan ilə Fransa arasında mədəni əlaqələrin inkişafında mühüm rol oynayan fransız yazıçısı Aleksandr Dümanın XlX əsrin ikinci yarısında ölkəmizə səfər etdiyi, Qarabağ xanının qızı ilə görüşdüyü, müqavimət hərəkatında Fransanın azadlığı uğrunda vuruşmuş Əhmədiyyə Cəbrayılovun Paris azad edildikdən sonra 1944-cü il avqustun 19-da prezident Şarl de Qolla görüşdüyü barədə məqalədə ətraflı məlumat verilir.
Müəllif müsəlman Şərqində ilk opera və teatrın böyük İpək Yolu üzərində yerləşən Azərbaycanda yarandığı barədə fransızlara məlumat çatdırır.
Məqalədə Heydər Əliyev Fondunun həyata keçirdiyi xeyirxah işlərdən, humanitar yardımlarından ətraflı söhbət açılır və qeyd edilir ki, fondun təşkilatçılığı ilə Bakıda dinlərarası və mədəniyyətlərarası dialoqla bağlı möhtəşəm beynəlxalq tədbir keçirilmişdir. Fondun humanitar yardımı hesabına məşhur Versal parkında "Amazon" mərmər heykəli və büllur vaza, Strasburqda XlV əsrdə istifadəyə verilən Katedral kilsənin bir hissəsi təmir edilmişdir.
Qəzetin "Moulin du Roc qalereyasında Azərbaycana istiqamət " adlı digər məqaləsində ölkəmizin zəngin tarixi və mədəni dəyərləri ilə bağlı sərginin təşkil edildiyi, incəsənət ustalarının iştirakı ilə konsertin keçirildiyi barədə məlumat verilir və şəhər sakinlərinin Azərbaycanla ilk dəfə tanış olduqları diqqətə çatdırılır.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında