Moskvada keçirilmiş beynəlxalq sərgidə Azərbaycan gömrük xidmətinə həsr olunmuş stend böyük maraqla qarşılanmışdır

Moskva şəhərində "Eksposentr" Mərkəzi Sərgi Kompleksində "Gömrük xidməti - 2012" XIII Beynəlxalq Sərgisi keçirilmişdir.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) "Azərterminalkompleks" Birliyinin direktoru, gömrük xidməti general-mayoru Qambay Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti sərgidə iştirak etmişdir.
"Gömrükçü günü"nə həsr olunmuş sərgidə gömrük aparatı və regional bölmələrdən başqa, biznes, logistika strukturları, aviaşirkətlər, ticarət təşkilatları və bank təmsilçiləri, eləcə də 25 əcnəbi nümayəndə iştirak etmişdir. Ekspozisiyanın mərkəzi hissəsində ən nəzərəçarpan və koloritli stendlərdən biri də DGK-ya məxsus olmuşdur.
DGK-nın stendi milli gömrük xidmətinin inkişaf tarixi və bu günü haqqında mükəmməl və məzmunlu təsəvvür yaratmışdır. Stenddə həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarının komitə tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyindən bəhs edən materiallar öz əksini tapmışdır. Stenddə Azərbaycan Gömrük Xidmətinin beynəlxalq əlaqələrinə də ayrıca yer verilmişdir.
Sərgi zamanı Azərbaycan Gömrüyünün Tarixi Muzeyi haqqında da məlumat verilmiş, iştirakçılara rus dilində üç film göstərilmişdir.
Azərbaycan nümayəndə heyəti səfər çərçivəsində, Rusiya Gömrük Xidmətinin Mərkəzi Muzeyinə də baş çəkmişdir. Muzeyə DGK tərəfindən müxtəlif vaxtlarda nəşr olunmuş kitablar, həmçinin əl ilə toxunmuş iki xalça və Azərbaycanın milli musiqi alətlərindən ibarət kompozisiya hədiyyə olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında