ABŞ Dövlət Departamenti Dağlıq Qarabağdakı hava limanı məsələsinin beynəlxalq hüquq çərçivəsində həllini vacib sayır

ABŞ tərəfləri Dağlıq Qarabağda hava limanı ilə bağlı məsələnin müvafiq beynəlxalq sazişlərin və beynəlxalq hüququn əsasında, həmçinin Ermənistan və Azərbaycanın mülki aviadaşımalar sahəsində mövcud praktikasına uyğun diplomatik həllini tapmağa çağırır. "Trend"in məlumatına görə, bunu Vaşinqtonda keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland deyib.
Nuland bildirib ki, ATƏT-in Minsk qrupu bir neçə dəfə bu məsələ ilə bağlı bəyanat verib. "Bu bəyanatlar ABŞ, Fransa və Rusiyanın mövqelərini əks etdirir. Bəyanatlarda diplomatik həllə çağırış mövcuddur, həmçinin qeyd olunur ki, bu hava limanının işi Dağlıq Qarabağın statusunun dəyişdirilməsi üzrə istənilən iddialara dəstək üçün istifadə oluna bilməz" - o, əlavə edib.
Qeyd edək ki, qondarma "Dağlıq Qarabağ respublikası" hökuməti yanında "mülki aviasiya idarəsi"nin rəisi Dmitri Atbaşyan bu il oktyabrın 1-də Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq inşa edilmiş Xankəndi aeroportunun istismara verildiyini bildirib.
Azərbaycan XİN Xankəndində aeroportun açılmasının Mülki Aviasiyaya dair Çikaqo Konvensiyasına zidd olduğunu bəyan edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında