Ermənistanda çörəyin qiyməti yenidən bahalaşmışdır

Ermənistan KİV-nin verdiyi xəbərə görə əhalini sakitləşdirməyə çalışan Ermənistanın iqtisadi rəqabətin qorunması üzrə dövlət komissiyasının sədri Artak Şaboyan bildirmişdir ki, bahalaşma birbaşa beynəlxalq qiymətlərin qalxması ilə əlaqədardır. Bu da öz növbəsində daxili bazara təsirsiz ötüşməmişdir. Mətbuat yazır ki, ölkəni idarə edə bilməyən hökumət hər bir problemi xarici dövlətlərin üzərinə ataraq özünə haqq qazandırır. Bir sözlə, yenə də günah xaricdədir. Çörəyin qiymətinə gəlincə, A.Şaboyan deyir ki, bu sahədə kifayət qədər rəqabət gedir. Çörək istehsalı ilə onlarla müəssisə məşğul olur və onlardan heç biri bazarda dominantlıq edə bilmir. Amma yenə də bazarda qiymətlər qalxsa, onlar dərhal bunun səbəbini araşdıracaqlar. O yenə də yalan danışır, çünki rəqabət olan yerdə bahalaşma olmur. Bu bazar iqtisadiyyatının sadə prinsiplərindən biridir. 
Ermənistan əhalisi üçün bu gün çörək əsas qida məhsuludur və təbii ki, hər hansı yüksək vəzifəli məmurun izahatları onları qane etmir. Axı qiymətlər günlərlə deyil, saatlarla qalxır, həm də təkcə qalxan çörəyin qiyməti deyildir. Pendir, kəsmik, ət və digər ərzaq məhsulları da bahalaşır. Və bu, tamamilə xariclə bağlı deyildir.
Ermənistan mətbuatı qeyd etmişdir ki, bu iqtisadiyyatla "Böyük Ermənistan" qurmaq olmaz. Ermənistan mətbuatının təhlili göstərir ki, artıq erməni ictimaiyyəti qondarma "Böyük Ermənistan" ideyasına istehza ilə yanaşır. Bir çox ictimai-siyasi, mədəniyyət və incəsənət xadimləri isə qeyd edirlər ki, əvvəlcə xalqa çörək vermək lazımdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında