Şəhid övladı üçün toy mərasimi keçirilib

Adlı-sanlı fermer Xanış Şahıyevin oğlu Camal Şahıyev Qarabağ uğrunda döyüşlərdə şəhid olanda ilk övladı Qorxmaz dünyaya yenicə gəlmişdi. Balaca soydaşımız atasının üzünü görə bilməsə də, dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuş və boya-başa çatmışdır. Şəhid oğlu bu günlərdə ailə həyatı qurmuşdur. Bu münasibətlə rayon icra hakimiyyəti tərəfindən Lerik şəhərindəki "Nur" şadlıq sarayında Qorxmaz Şahıyev üçün toy mərasimi təşkil edilmişdir.
Mərasimdə rayon rəhbərliyi, ağsaqqallar, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak etmiş, gənclərə xeyir-dua vermişlər. İcra hakimiyyətinin başçısı Rövşən Bağırov ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıdan danışmış, yeni ailə quranlara səadət arzulamışdır. Qorxmaza və həyat yoldaşına rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim verilmişdir. Qeyd edilmişdir ki, bu, Lerik rayon rəhbərliyinin təşəbbüsü ilə şəhid övladları üçün keçirilən ilk şənlik deyil. Ötən ilin aprel ayında şəhid Əbülfəz Məmmədovun da üzünü görmədiyi yeganə yadigarı Nişanə üçün belə təmtəraqlı toy mərasimi düzənlənmişdi.
Şən musiqi sədaları altında məclis saatlarca davam etmişdir. Milli Məclisinin deputatı İqbal Məmmədovun adından gənclərə məişət əşyaları bağışlanmışdır. Mərasimdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, gənclərə ən xoş arzularını çatdırmışlar.
Xatırladaq ki, dövlət başçısının tapşırığına əsasən 2007-ci ildə şəhid Camal Şahıyevin ailəsinə 3 otaqlı mənzil verilmişdir. 2012-ci ildə müraciəti nəzərə alınaraq Qorxmaz Şahıyev rayon icra hakimiyyəti tərəfindən işlə təmin edilmişdir.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında