ABŞ-da istehlakçı inamı artmışdır

Amerikalıların öz ölkələrinin milli iqtisadiyyatına inamları yenidən artmışdır. Analitiklər bunu onunla izah edirlər ki, buna əsasən, bu ilin oktyabr ayında ölkədə işsizliyin azalması, benzinin ucuzlaşması və daşınmaz əmlak bazarında canlanma səbəb olmuşdur. Bu barədə "Blomberq" agentliyi məlumat vermişdir.
Təbii ki, belə müsbət xəbərlər Amerika bazarı üçün pozitiv haldır. Lakin "Nord Kapital" adlanan sərmayə şirkətinin departament direktoru Vladimir Rojanskinin fikrincə, istehlakçı inamının yüksəlməsini əks etdirən indekslərə tam etibar da yoxdur. V.Rojanski deyib: "İstehlakçılarda iqtisadiyyata inam yarandığı üçün indi onlar daha çox xərcləməyə başlayacaqlar".
Son günlərə qədər belə hesab olunurdu ki, dağıdıcı "Sandi" qasırğası ABŞ-da istehlakçı inamının azalmasına səbəb ola bilər. Lakin belə olmadı.
Məsələn, "Partner" kompaniyasının rəhbəri Andrey Mordavçenko da hesab edir ki, hətta "Sandi" qasırğası Birləşmiş Ştatlarda istehlakçı inamının artmasına mənfi təsir göstərə bilməyib.
Analitklər belə bir məqama diqqət yetirirlər ki, ABŞ-da istehlakçı inamının yüksəlməsi bu ölkədə gələn həftə keçiriləcək prezident seçkilərində hazırkı dövlət başçısı Barak Obamanın qələbə çalmasına müəyyən müsbət təsir göstərə bilər.

{nl}


Mahmud QƏZƏNFƏROĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında