Türkdilli yazarlar diqqəti aclıq probleminə yönəldirlər

Türkdilli yazarların "Dialoq Avrasiya Platforumu" və AMEA-nın İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Dünya Qənaət Gününə həsr edilmiş "Dünyada aclıq problemi və onun həlli istiqamətində axtarışlar" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Elmi məclisi giriş sözü ilə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq, konfransda olduqca mühüm problemlerin qoyulduğunu və aclıq, qənaət kimi məsələlərin daim dünyanı düşündürdüyünü bildirmişdir. Alim vurğulamışdır ki, dünyanın bir tərəfində bolluq, israfçılıq olduğu, digər qismində isə aclıq olduğu, minimum yaşayış tələbləri ödənilmədiyi halda "Dünyada aclıq problemi və onun həlli istiqamətində axtarışlar" mövzusunda elmi-nəzəri konfrans keçirilməsi olduqca mühüm əhəmiyyət və aktuallıq kəsb edir.
Konfransda millət vəkili Qənirə Paşayeva, " Dialoq Avrasiya Platforumu" Azərbaycan nümayəndəliyinin rəhbəri Mustafa Saatcı, AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev, professor İslam İbrahimov, fəlsəfə elmləri doktoru Sakit Hüseynov, Azərbaycan Dövlət Neft Akademiyasının dosenti İlham Rüstəmov və digər alimlər problemi açıqlayan müxtəlif mövzularda çıxışlar etmişlər.

{nl}

R. TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında