Azərbaycan Turizm İnstitutunda hesabat-təqdimat keçirilmişdir

Azərbaycan Turizm İnstitutunda hesabat-təqdimat şəklində keçirilən toplantı tələbələrin tədris və təcrübə müddətində əldə etdikləri təhsil və təcrübənin əlaqələndirilməsi məsələlərinə həsr olunmuşdu. 
ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov təhsil və təcrübənin əlaqələndirilməsi metodunun keyfiyyətli kadr hazırlığı prosesinə müsbət təsirindən danışmışdır. O, çıxışında ATİ-nin fəaliyyət strategiyasında bu amilə böyük önəm verildiyini xüsusi vurğulamışdır. Rektor bildirmişdir: "Hesabat-təqdimatın nəticələrinə əsasən deyə bilərik ki, 2007-2012-ci illər ərzində institut tələbələrindən 84 nəfər Türkiyə, ABŞ, İsrail, Yunanıstan, Ukrayna, Malta, Almaniya və Qazaxıstanda istehsalat təcrübəsində olmuşlar. 100 nəfər tələbəmiz isə Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti və Yunanıstanda yay tanışlıq təcrübəsində iştirak etmişlər. Bundan başqa, 2011-2012-ci tədris ilində 130 tələbə kontingentinin böyük əksəriyyəti Bakıda, bir qismi isə Şəki, Quba, Qusar, Naxçıvan və digər bölgələrin turizm və sosial istiqamətli müəssisələrində, muzeylərdə, müvafiq şirkətlərdə, 24 nəfər tələbə isə İsrail, Almaniya və Türkiyədə istehsalat təcrübəsi keçmişlər".
Qeyd etmək lazımdır ki, institutda təhsil alan tələbələrin istehsalat və yay tanışlıq təcrübəsi zamanı əldə etdikləri iş vərdişləri, kollektivlə və müştərilərlə münasibətləri müvafiq qurumlar tərəfindən yüksək qiymətləndirilmişdir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında