"Azərbaycan qadını" jurnalının payız buraxılışının təqdimatı olmuşdur

Noyabrın 2-də Beynəlxalq Muğam Mərkəzində "Azərbaycan qadını" jurnalının payız buraxılışı təqdim olunmuşdur. 
AzərTAc xəbər verir ki, dövlət və hökumət nümayəndələrinin, Milli Məclisin deputatlarının və KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə bildirilmişdir ki, nəfis şəkildə, xüsusi zövqlə hazırlanan "Azərbaycan qadını" jurnalının hər nömrəsi oxucular tərəfindən maraqla qarşılanır.
Qeyd olunmuşdur ki, jurnalın yeni nömrəsində oxuculara bir-birindən maraqlı bədii-publisistik yazılar, eləcə də ölkəmizin həyatında parlaq hadisəyə çevrilən mühüm beynəlxalq layihələri əks etdirən materiallar təqdim olunmuşdur.
Bu yaxınlarda Azərbaycan paytaxtında keçirilən və dünyada siyasi baxımdan böyük əhəmiyyət daşıyan Krans Montana Forumunun 23-cü toplantısı, həmin tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Forumun ali mükafatı - "Prix de la Fondation"un təqdim olunması jurnalın son nömrəsinin əsas materiallarındandır.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışı, "Yarat!" Müasir İncəsənət Məkanının yeni layihələri də "Azərbaycan qadını"nın diqqətindən yayınmamışdır.
Jurnalın səhifələrində oxucular görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin xatirəsini əbədiləşdirən ev-muzeylərin yaradılması tarixi ilə tanış olacaq, qiymətli eksponatların ardınca keçmişə səyahət edəcəklər.
Daim maraqla qarşılanan "Pyedestal" rubrikasında unudulmaz sənətkar Müslüm Maqomayevlə bağlı Tamara Sinyavskayanın və dünya şöhrətli müğənninin dostlarının xatirələri oxuculara təqdim olunur.
Gənc rəssam Cəmilə Səttarın adı sənətsevərlərə orijinal rəsmləri və "İnsan tarakanlarla" adlı silsilə heykəltəraşlıq işləri ilə tanışdır. Onunla aparılan söhbət-müsahibə də oxucuların marağına səbəb olacaqdır.
Jurnalın səhifələrində yer alan "Yalnız hədəfi görməli ", "Taleyin səsi", "Hisslərin harmoniyası" yazılarında oxucuları Azərbaycan idmançısı İradə Aşumova, müğənni İlhamə Qasımova, gənc pianoçu Günay Ağalarova ilə maraqlı görüşlər gözləyir.
"Azərbaycan qadını" jurnalının hər nömrəsinin maraqlı bir mədəniyyət layihəsi ilə təqdimatı artıq ənənəyə çevrilmişdir. Bu dəfə iştirakçılara "Dəlisov yubiley" filmi təqdim olunmuşdur. Filmin rejissoru Sergey Aldonin, ssenari müəllifi həmyerlimiz Nərgiz Bağırzadədir. Nərgiz Bağırzadənin kino əsərinin Moskvada keçirilən premyerası böyük maraqla qarşılanmışdır. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müəllif həm də qısametrajlı bədii filmlər rejissorudur. Onun əsərləri 20-dən çox beynəlxalq festivalda nümayiş olunmuş, bir sıra mükafatlar qazanmışdır. "Dəlisov yubiley" onun ilk tammetrajlı filmidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında