ABŞ-da "Sendi" qasırğası qurbanlarının sayı 74 nəfərə çatıb

ABŞ-da "Sendi" qasırğasından ölənlərin sayı minimum 74 nəfərə çatıb. "Fox News"in məlumatına görə, bu rəqəm arta bilər. Çünki xilasedicilər hələ təbii fəlakət zonasında işləyirlər.
Qasırğa ondan çox ştatı əhatə etsə də, ən böyük ziyan və zərər Nyu-York və Nyu- Cersi ştatlarına dəyib. "NY Daily News"in məlumatına görə, Nyu-Yorkda ölənlərin sayı 32 nəfərə çatıb. Şəhərdə məktəblər və dövlət idarələri hələ də bağlıdır. Son 39 ildə ilk dəfə olaraq Helloninin şərəfinə hər il keçirilən bayram nümayişi keçirilməyib.
Şəhərdə Fond birjası və hava limanları işlərini bərpa etsələr də, Nyu-York və Nyu-Cersi ştatlarında 6 milyon ev hələ də işıqsızdır ("Assoşieyted Press").
Müxtəlif hesablamalara görə, qasırğa ölkəyə 15-20 milyard dollar ziyan vurub. Təbii fəlakət nəticəsində iş adamları milyardlarla dollar ziyana düşüblər.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında