İstiqlal şairinin 80 illik yubileyi

Sağdır dilim, 
demək, sağdır şərafətim, ləyaqətim.
Sağdır, demək milyard yaşlı məmləkətim.
Xəlil Rza Ulutürkün milli poeziyamızın inkişafında, dilimizin və qədim bəşəri dəyərlərimizin qorunmasında vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın fikir salnaməsinin parlaq səhifələrini təşkil edir.
Prezident İlham Əliyevin "Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında" 4 iyun 2012-ci il tarixli Sərəncamına uyğun olaraq görkəmli istiqlal şairinin bu günlərdə Akademik Milli Dram Teatrında təntənəli yubileyi keçirilmişdir. Tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə təşkil olunmuşdur.
Mərasimi giriş sözü ilə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq, Xəlil Rza Ulutürkün ədəbi irsinin zənginliyi, ictimai fəaliyyəti və yaradıcılığı haqqında geniş məlumat vermişdir. Nazir bildirmişdir ki, bu tədbirin keçirilməsi şairin yaradıcılığına dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Əbülfəs Qarayev onu da vurğulamışdır ki, ümummilli lider Heydər Əliyev azadlıq şairi Xəlil Rza Ulutürkün yaradıcılığını daim yüksək qiymətləndirmiş, onu "İstiqlal" ordeni ilə təltif etmişdir. Xəlil Rza Ulutürkün adını daşıyan mədəniyyət ocaqları, küçə və məktəblərin olduğunu bildirən nazir böyük şairə olan xalq sevgisinin daim yaşayacağını diqqətə çatdırmışdır.
Sonra Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairiləri Zəlimxan Yaqub, Nəriman Həsənzadə çıxış edərək, unudulmaz qələm sahibi Xəlil Rza Ulutürkün Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən söhbət açmış, onunla bağlı xatirələrini bölüşmüşlər.
Mərasimdə Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun fəxri doktoru, Xəlil Rza Ulutürkün ömür-gün yoldaşı Firəngiz Ulutürk çıxış etdərək, Azərbaycan Prezidenti İlham Əliyevə böyük şairin 80 illik yubileyinin keçirilməsi ilə bağlı imzaladığı sərəncama görə dərin minnətdarlığını bildirmişdir. Firəngiz Ulutürk şairin vəfatından sonra 45 kitabın nəşr edildiyini və bu yöndə işlərin bundan sonra da davamlı olacağını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Mərasim ədəbi-bədii gecə ilə davam etdirilmişdir. Xəlil Rza Ulutürkün sözlərinə yazılmış mahnılar və şeirləri təqdim olunmuşdur. Şairin həyat və yaradıcılığını əks etdirən videoçarx da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

{nl}

Ülviyyə VAHİDQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında