Hüquq ictimaiyyətinə yeni töhfə

Respublikamızda və beynəlxalq aləmdə elmimizin dünya ictimaiyyətinə yüksək səviyyədə təqdim olunması, tədqiqatların dünyanın aparıcı elm-təhsil müəssisələrində müzakirə edilməsi, habelə hüquq elmi ictimaiyyətinə çatdırılması kimi prioritet bir vəzifəni qarşısına qoyan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının ilk elmi hüquq jurnalının birinci nömrəsi işıq üzü görmüşdür.
"Polis Akademiyasının elmi xəbərləri" jurnalının birinci nömrəsində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, Konstitusiya Məhkəməsinin sədri, hüquq elmləri doktoru Fərhad Abdullayev və Bakı Dövlət Univesitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmovun təbrikləri verilmişdir. Təbriklərdə deyilir ki, Akademiyanın yeni elmi hüquq jurnalının nəşrinə başlaması çox təqdirəlayiq, eyni zamanda kadr hazırlığı üzrə yüksək nəzəri biliklərin artırılmasına layiqli töhfədir.
Ön sözün və "Polis Akademiyasının dünəni və bu günü" adlı məqalənin müəllifi jurnalın baş redaktoru, Akademiyanın rəisi, polis general-mayoru, hüquq üzrə fəlsəfə doktoru Nazim Əliyev jurnalda Polis Akademiyasının tarixi inkişaf yolu ilə bağlı geniş məlumat vermiş, maddi-texniki bazasının və professor-müəllim heyətinin formalaşmasında dövlət başçısının və DİN rəhbərliyinin rolunu qeyd etmişdir.
Jurnalın redaksiya heyəti üzvləri siyahısına respublikamızın tanınmış alimləri daxil edilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərini əsas götürərək məqalələrin üslub və mahiyyətinin elmi səmərəliliyi nəzərə alınmış, digər iki dildə xülasələr verilmiş, konkret sahələr üzrə alimlərin rəyi alınmışdır.
İnanırıq ki, xalqımızın elmin yeniliklərini öyrənməyə marağını ödəmək niyyəti ilə ilk nəşrinə başlayan "Polis Akademiyasının elmi xəbərləri" jurnalı oxucular tərəfindən ruh yüksəkliyi ilə qarşılanacaq və sevilə-sevilə oxunacaqdır.

{nl}

"Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında