Dövlət Sərhəd Xidməti mətbuat mərkəzinin məlumatı

Bəzi kütləvi informasiya vasitələri Sərhəd Qoşunlarının keçmiş əsgəri Abid Məmmədlinin guya hərbi hissədə fiziki təzyiqlərə məruz qalması və tərxis olunduqdan sonra depressiya keçirərək oktyabrın 20-də komaya düşməsi barədə həqiqətə uyğun olmayan məlumatlar yaymışlar.
Dövlət Sərhəd Xidməti rəsmi şəkildə bəyan edir ki, 2011-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış əsgər Məmmədli Abid Əlisəfa oğlu oktyabrın 6-da tam sağlam şəkildə ordu sıralarından tərxis edilmişdir. Yolasalma mərasimi zamanı digər əsgər yoldaşları ilə birlikdə ümumi baxışdan keçirilmiş, onunla təhlükəsizlik qaydaları barədə, mülki həyatda davranış normaları haqqında söhbətlər aparılmış, gələcək həyatında uğurlar arzulanmışdır. Bu zaman əsgərin heç bir narazılığı və şikayəti olmamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında