Şamaxı Astrofizika Rəsədxanasının direktoru: "Dekabrda qiyamətin baş verəcəyi barədə məlumatların heç bir əsası yoxdur"

Bu ilin dekabrında görünəcək konfiqurasiya "Planetlərin paradı" deyil, parad 2161-ci ildə olacaq
"Dekabrın 21-22-də guya qiyamətin baş verəcəyi ilə bağlı məlumatların heç bir əsası yoxdur. Bu günlər adi günlərdən biri olacaq". Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev demişdir.
Onun sözlərinə görə, elmdə "planetlərin paradı" adlandırılan konfiqurasiya sonuncu dəfə 1982-ci ildə baş verib. O zaman 8 planet, o cümlədən də Pluton 90 dərəcəlik sektorda toplaşıb: "Belə bir mənzərə 179 ildə bir dəfə baş verir. Bu ilin dekabrında görünəcək konfiqurasiya "planetlərin paradı" deyil. Sadəcə olaraq bir neçə planet bir yerə yığışacaq. "Planetlərin paradı" isə 2161-ci ildə olacaq".
Ə. Quliyev bildirmişdir ki, son 4,6 milyard il ərzində planetlər heç vaxt bir xətt üzərinə yığılmayıb və yığıla da bilməzlər: "Ona görə də bu məsələdə çoxlu sayda elm ətrafı söhbətlər gedir. Bu ilin dekabrında bir neçə planetin bir istiqamətdə paralel toplanması Yer üçün heç bir təhlükə vəd eləmir. Sadəcə olaraq qədim Mayya təqvimlərində guya 2012-ci ilin dekabrında Yer üçün hansısa dövrün başa çatmasına dair məlumatlar yazılıb. Lakin bu məlumatların heç bir əsası yoxdur. Həmin günlər heç bir hadisə baş verməyəcək".
Ə.Quliyev son zamanlar dünyada təbii fəlakətlərin, o cümlədən ABŞ-dakı "Sendi" qasırğasının dekabrda gözlənilən təbiət hadisəsi ilə əlaqəsinin olmadığını və bunun Yerdə baş verən meteoroloji proseslərin nəticəsi olduğunu demişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında