Yeni Azərbaycan Partiyası xalqın arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır

Noyabrın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyi ilə əlaqədar Dövlət Dəniz Administrasiyasının (DDA) "Dənizçilər" ərazi ilk təşkilatının iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, DDA-nın aparat rəhbəri Əhməd İsmayılov "Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsində" mövzusunda məruzə etmişdir.
Qeyd olunmuşdur ki, YAP ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Yarandığı gündən YAP ümummilli lider Heydər Əliyevin siyasi kursu ətrafında sıx birləşərək Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində, demokratik, hüquqi, dünyəvi dövlət qurulmasında əhəmiyyətli rol oynamışdır. Partiyanın ötən 20 ildəki əsas fəaliyyət istiqamətləri ulu öndər Heydər Əliyevin yaratdığı əmin-amanlıq, ictimai-siyasi sabitliyi, milli həmrəyliyi qoruyub saxlamaqdan, güclü və sosial yönümlü iqtisadiyyatı gücləndirməkdən ibarət olmuşdur.
YAP Səbail rayon təşkilatının sədr müavini Muxtar Nağıyev 1992-ci ilin noyabr ayında Naxçıvanda ağır şəraitdə, böyük təzyiqlər altında yaranan partiyanın çox qısa müddətdə ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, YAP o zamankı hakimiyyətə müxalif siyasi qüvvə kimi yaranmasa da, Heydər Əliyevin siyasi nüfuzu sayəsində xalqın dəstəyi ilə təkmilləşmiş, sıraları genişlənmiş və tez bir zamanda iqtidar partiyası olmuşdur.
DDA-nın mətbuat katibi Ərsalan Əliyev Yeni Azərbaycan Partiyasının milli dövlətçiliyin inkişafındakı xidmətlərindən danışmış, qeyd etmişdir ki, bu gün YAP ölkəmizdə ən mütəşəkkil və kütləvi siyasi təşkilatdır. Cəmiyyətin ən müxtəlif sosial təbəqələrini sıralarında birləşdirən partiyanın ictimai-siyasi proseslərə təsir imkanları ildən-ilə genişlənir, beynəlxalq nüfuzu artır. Partiya üzvlərinin təxminən 40 faizinin gənclərdən ibarət olması onun böyük siyasi gələcəyindən və inkişaf potensialından xəbər verir.
DDA-nın sektor müdirləri Tofiq Mədətov, Fuad Mərdiyev çıxış edərək ölkəmizdə ən güclü siyasi qüvvəyə çevrilmiş YAP-ın fəaliyyətindən danışaraq bildirmişlər ki, bu gün əldə edilən iqtisadi uğurlar onu deməyə əsas verir ki, ümummilli liderimiz müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə ölkəmizin inkişafını möhkəm təməllər üzərində qurmuşdur. Azərbaycan xaosdan sabitliyə, inkişafa qədəm qoymuş və bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizi bölgənin lider dövlətinə çevirməklə rifaha doğru inamla aparmaqdadır. Azərbaycanın yenilməz dövlətə çevrilməsi bu gün hakimiyyətlə xalqın vəhdətinin nəticəsidir.
Çıxışlardan sonra partiya sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri verilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında