Bakıda Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının XXI iclası keçirilmişdir

Noyabrın 1-də Bakı şəhərində Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının XXI iclası keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, iclasın işində MDB ölkələrinin xüsusi xidmət orqanlarının şifrələmə və qapalı rabitə xidmətlərinin nümayəndə heyətləri iştirak etmişlər. 
Tədbiri giriş sözü ilə Azərbaycanın milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov açmış və iclasın hökumət rabitəsi üzrə əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi işində əhəmiyyətini qeyd etmişdir.
Nazir Eldar Mahmudov Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının iclasında dövlətlərarası hökumət, idarələrarası qapalı rabitə sistemlərinin və şifrələmə vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi, təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində aktuallıq kəsb edən məsələlərin bu formatda müzakirəsinin ümumilikdə beynəlxalq rabitə sahəsində əməkdaşlığın daha yüksək səviyyədə təmin olunmasına konkret töhfələr verəcəyinə əminliyini bildirmişdir.
Sonra iclasda dövlətlərarası hökumət, idarələrarası qapalı rabitə sistemləri və şifrələmə vasitələri üzrə elmi-texniki nailiyyətlərin tətbiqi, müvafiq ixtisaslı kadrların hazırlanması, səmərəli əməkdaşlığın fəallaşdırılması və genişləndirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.
XXI iclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq protokol imzalanmış, şuranın gələn il üçün fəaliyyət planı təsdiq edilmiş, Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının 2013-cü il üçün nəzərdə tutulan tədbirlər siyahısı razılaşdırılmışdır.
Hökumət Rabitəsi üzrə MDB Əlaqələndirmə Şurasının növbəti iclasının gələn il Özbəkistanda keçirilməsi qərara alınmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında