Noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli sərəncamına əsasən, noyabrın 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günüdür. 
AzərTAc xəbər verir ki, bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyi noyabrın 1-də Hökumət Evinin iclas zalında tədbir keçirmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərini təbrik etmiş, onlara gələcək işlərində uğurlar arzulamışdır.
Nazir aqrar sahədə ulu öndər Heydər Əliyevin başladığı islahatların uğurla həyata keçirilməsindən, Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalçılarına qayğısından, bu sahənin inkişafından və qarşıda duran vəzifələrdən danışmışdır.
Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini deyən nazir bildirmişdir ki, bu sahənin potensialından tam istifadə etmək lazımdır.
Qarşıda duran məsələlərdən danışan nazir demişdir: "Biz elə etməliyik ki, Azərbaycanı dünyada təkcə neft-qaz ölkəsi kimi yox, həm də aqrar ölkə kimi tanıdaq. Bunun üçün kifayət qədər yüksək keyfiyyətli və ekoloji təmiz məhsullar istehsal olunmalıdır".
Peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsini, onların "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif edilməsini Prezident İlham Əliyevin aqrar sahəyə diqqət və qayğısının nümunəsi kimi qiymətləndirən İ.Abasov tədbir iştirakçıları adından dövlətimizin başçısına dərin təşəkkürünü bildirmişdir.
Digər çıxış edənlər aqrar sahədə aparılan islahatlardan, görülən işlərdən, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət və qayğıdan danışmış, peşə bayramları münasibətilə kənd təsərrüfatı işçilərini təbrik etmişlər.
Tədbir iştirakçıları Prezident İlham Əliyevin kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi və onların medallar ilə təltif olunması ilə əlaqədar oktyabrın 31-də imzaladığı sərəncamlar ilə tanış edilmişlər. Bayram münasibətilə kənd təsərrüfatı işçilərinə ünvanlanmış təbrik məktubları, həmçinin nazirlik tərəfindən fəxri fərmanlar verilmiş əməkdaşların adları oxunmuşdur.
Natiqlər əldə olunmuş uğurlarla kifayətlənməyəcəklərini, aqrar sektorda istehsal həcmini daha da artıracaqlarını, bu sahədə yüksək məhsuldarlığa və səmərəliliyə, qabaqcıl texnologiyaların tətbiqinə, yerli məhsulların rəqabət qabiliyyətinin artırılmasına nail olacaqlarını vurğulamışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında