"BakuTel-2012" sərgisi keçiriləcək

Xəzəryanı regionda telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə ən böyük forum olan "BakuTel-2012" sərgisi 2012-ci il noyabr ayının 6-dan 9-dək "Bakı Ekspo Mərkəzində" keçiriləcək. Bu il sərgidə Azərbaycan, Belarus, Böyük Britaniya, İsrail, İran, Çin, Koreya, Litva, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Estoniya və ümumilikdə 30 ölkədən 200 şirkət iştirak edir. Avstriya, Kanada, Xorvatiya və Fransa isə sərgidə öz milli pavilyonları ilə çıxış edəcəklər.
"BakuTel-2012" sərgisi İKT texnologiyaları üzrə bütün aktual format və istiqamətləri nümayiş etdirməklə, ziyarətçilər üçün dolğun və rəngarəng sərgi ekspozisiyasını təmin edəcək. "BakuTel-2012" sərgisinin bu il təklif etdiyi yeniliklər arasında insanların ünsiyyəti üçün yeni-yeni imkanlar açan proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradio yayım avadanlıqları və texnologiyaları, kabel televiziyası xidmətləri, mobil texnologiyalar, radiostansiyalar və radiorabitə qurğuları var. İlk dəfə olaraq, sərgi çərçivəsində istənilən ölçü və konstruksiyalı səthlərin üzərinə kompyuter proyeksiyası təqdim olunacaq. Bu yeniliyi reklam və əyləncə məqsədləri üçün istifadə etmək olar. Həmçinin müxtəlif mobil rabitə operatorlarının nömrələrinin keçirilməsi "Daşınan nömrələr" layihəsi, eləcə də təyyarələrin içində mobil rabitə üçün yeni həll variantları nümayiş etdiriləcəkdir.
Sərgidə ənənəvi olaraq bütün yerli mobil operatorlar, eləcə də mobil telefon distribütorları ən son yeniliklər və xüsusi təkliflərlə iştirak edəcəklər. Sərginin əsas mövzularından biri də elektron hökumət layihəsidir. Böyük məmnuniyyətlə qeyd etmək istərdik ki, Azərbaycanın ən iri operatoru olan Azercell şirkəti bu il sərginin baş sponsorudur. Tədbirdə identifikasiya (eyniləşdirmə) sənədləri və informasiya sistemlərini təqdim edən "Edaps" konsorsiumu "BakuTel-2012" sərgisinin platin sponsoru qismində çıxış edir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında