Yeni Azərbaycan Partiyası (YAP) Dövlət Dəmir Yolu ilk təşkilatı partiyanın yaradılmasının 20 illiyi ilə əlaqədar tədbir keçirmişdir

Dövlət Dəmir Yolunun akt zalında keçirilən tədbiri açıq elan edən YAP ilk təşkilatının sədri Xeyrulla Hümbətov bu partiyanın yaranma tarixindən danışaraq, bildirmişdir ki, müstəqilliyin ilk illərində Azərbaycandakı xaos, hərc-mərclik, ərazilərimizin düşmən tərəfindən işğalı, mərkəzi dövlət hakimiyyətinin zəifləməsi, səriştəsiz liderlərin yarıtmaz siyasəti nəticəsində ölkə tənəzzülə doğru gedirdi. 
Belə bir vaxtda insanların şüurunda, qəlbində Heydər Əliyevin müdrik, yaradıcı, qurucu, xilaskar obrazı canlanırdı. Azərbaycan xalqı məhz bu dövrdə ulu öndərə üz tutub, ölkənin nicatı naminə onu siyasi həyatda daha fəal iştirak etməyə çağırdı.
X. Hümbətov vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaranmasına və ona rəhbərlik etməyə razılıq verməsi xalqda gələcəyə inam hissini yenidən gücləndirdi. 1992-ci il noyabrın 21-də Naxçıvan Dram Teatrının binasında YAP-ın təsis qurultayı keçirildi. Ulu öndər yekdilliklə partiyanın sədri seçildi. Bununla da Azərbaycanın siyasi həyatına Yeni Azərbaycan Partiyası adı altında qüdrətli bir təşkilat daxil oldu.
Natiq daha sonra demişdir ki, son illərdə Azərbaycanda qəbul edilmiş mühüm dövlət proqramlarının yerinə yetirilməsinin, böyük iqtisadi sıçrayışın təhlili göstərir ki, Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı ölkəyə və partiyaya rəhbərliyi Prezident İlham Əliyevə etibar etməklə özlərinin ulu öndərimiz Heydər Əliyev siyasətinə sədaqətini, inamını nümayiş etdirmişdir. Xalqımız bunun bəhrəsini gündən-günə daha çox hiss etməkdədir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Dövlət Dəmir Yolu rəisinin birinci müavini Əlirza Süleymanov və başqaları hakim partiyanın keçdiyi 20 illik şərəfli yola qısa nəzər salmış, partiyanın əldə etdiyi uğurlar barədə danışmışlar. Bildirmişlər ki, Azərbaycanın dərin böhran, vətəndaş qarşıdurması və parçalanma qarşısında qaldığı, ərazilərinin işğal olunduğu bir vaxtda Heydər Əliyev kimi zəngin siyasi təcrübəyə və uzaqgörənliyə malik görkəmli dövlət xadiminin yenidən hakimiyyətə, böyük siyasətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin, gələcək inkişafının təməlini qoymuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan dövlətinin inkişafının uğurlu nəticələrinin biri də YAP sıralarının genişlənməsi və daha da güclənməsidir. Hazırda partiyanın 550 minə yaxın üzvü vardır ki, onların da 15 mini cari ilin birinci yarısında YAP sıralarına daxil olmuşlar. Sevindirici haldır ki, partiyaya üzv olanların sırasında gənclər çoxluq təşkil edirlər. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin xalqımız, o cümlədən gənclər tərəfindən dəstəkləndiyinin bariz nümunəsidir. Gənclərin partiyaya üzv olmaları bizim gücümüzü daha da artırır, ictimai-siyasi həyatda mövqelərimizi möhkəmləndirir, eyni zamanda, yeni inkişaf strategiyası formalaşdırmağa ruhlandırır.
Tədbirin sonunda bir qrup dəmiryolçu mükafatlandırılmışdır.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında