YAP-ın 20 illiyi Suraxanıda geniş qeyd edilir

Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzi, YAP Suraxanı rayon təşkilatı və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Müstəqilliyimizlə birgə addımlayan Yeni Azərbaycan Partiyası" mövzusunda konfrans keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev parkında ulu öndərin abidəsi önünə tər güllər qoymuş, sonra Heydər Əliyev Mərkəzinin elektron mühazirə zalında YAP-ın keçdiyi 20 illik şərəfli yol haqqında filmə baxmışlar.
Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı İlqar Abbasov qeyd etmişdir ki, YAP tarixi zərurətdən - XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətin doğurduğu zərurətdən yaranmış siyasi təşkilatdır. Müstəqillik qazanıldıqdan sonra başlanan dövlət quruculuğu prosesi çox böyük problemlər və çətinliklərlə həyata keçməyə başladı. Bunların bir qismi Ermənistanın ölkəmizə ərazi iddiaları irəli sürməsi və bu məqsədlə hərbi təcavüzə əl atması nəticəsində Azərbaycanın torpaqlarını işğal etməsi ilə bağlı idi. Müstəqil dövlət quruculuğu üçün ciddi maneə yaradan digər problem isə həmin dövrdə səriştəsiz və təsadüfi adamların Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmələri idi.
Natiq vurğulamışdır ki, o dövrdə cəmiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə yanaşı, dahi şəxsiyyətin adı ilə bağlı böyük bir siyasi partiyanın yaradılmasını da zəruri sayırdı...
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Ağacan Abiyev, YAP idarə heyətinin üzvü, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, partiya veteranı Dəmir İsgəndərov, YAP Suraxanı rayon gənclər təşkilatının sədri Zəkiyyə Musayeva çıxış edərək, YAP-ın keçdiyi şərəfli yoldan, Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursun Prezident İlham Əliyevin uğurla davam etdirməsindən, əldə edilən sosial-iqtisadi uğurlardan danışmışlar.
Sonda YAP sıralarına yeni daxil olmuş bir qrup gəncə partiya vəsiqələri, YAP Suraxanı rayon təşkilatının bir qrup fəalına isə xatirə hədiyyəsi verildi.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında