Şriftin ölçüsü:
24.06.2010 03:52 | Oxunma sayı: 809
Azərbaycan televiziyasının çoxmilyonlu auditoriyası lotereya oyunlarının növbəti qalibinə böyük məbləğdə uduş təqdimatının şahidi oldu. Bu dəfə xoşbəxtlik Abbasov Rövşən Hidayət oğluna nəsib oldu. Zaqatala sakini Abbasov Rövşənə "5.36" lotereyasının "cek- pot"u - 92 min 744 manat təqdim edildi.
Maraqlı burasıdır ki, düz iki ay öncə, aprel ayının məhz 21-də "Ailə sevinci" lotereyasının "cek-pot"u - 130 000 manat Yardımlı rayon sakini Novruzov Zaur Qaraxan oğluna təqdim edilmişdi. Həmişə olduğu kimi bu son iki aylıq zaman kəsiyində də "Azərlotereya" ASC-nin təşkil etdiyi oyunlar yüzlərlə ailəyə sevinc gətirib, onların həyatlarında köklü, müsbət dəyişikliklərə səbəb olublar. Öz fəaliyətində şəffaflığa xüsusi önəm verən "Azərlotereya" ASC bütün qaliblər haqqında ətraflı məlumatları mütəmadi olaraq "Lotto-media" qəzetində dərc edir, xüsusi internet saytında yerləşdirir.
Yuxarıda sözü gedən iki ay üçün uduşların statistikasına nəzər salaq. Bu dövr ərzində "Azərlotereya" ASC tərəfində "Ailə Sevinci", "Yeni Binqo", "5+1", "Uğur", "5.36" kimi lotereyaların 50-dək tirajı keçirilib. Buraya lotereya həvəskarlarına öz şanslarını yerindəcə yoxlamaq imkanı verən "Şans" ani lotereyasını və əlbəttə ki, günü-gündən populyarlaşan "Tale açarı" lotereyasını əlavə edə bilərik.
Beləliklə lotereya həvəskarları yalnız keçən iki ay ərzində 55 mənzilə, 25 ədəd "Nissan Sunny" və "Toyota Corolla" avtomobillərinə, 5000 manatdan az olmayan ən azı 30 pul uduşuna sahib olublar. Minlərlə insanın udduğu irili - xırdalı pul uduşlarını da bu sıraya əlavə etsək həqiqətən möhtəşəm bir mənzərənin şahidi olarıq.
Əlbəttə ki, Abbasov Rövşən Hidayət oğlunun uduş payını xüsusi geyd etməyə dəyər. Zəhmətkeş insan, 48 yaşlı Rövşən sürücüdür, yük maşını sürür. Evlidir, iki övladı var. Böyük oğlu hərbi xitmətdədir, vətən qarşısında öz borcunu yerinə yetirir. Kiçik oğlu bu il 11-ci sinifə keçdi. Bunları ətraflı yazmaqda məqsədimiz onu göstərməkdir ki, iki gəncin sərbəst həyata vəsiqə alma mərhələsi başlanır və ailənin təbii ki, pula ehtiyacının artan vaxtıdır.
Rövşənin uduş prosesi inanılmazdır. İyun ayının 7-si Rövşənin ad günüdür. Həmin gün qonaqları olduğundan oyun variantlarını doldurduğu blankları satış məntəqəsinə təqdim edə bilməyib. Başqa sözlə, bu variantlarla ayın 7-də keçirilən 95-ci tirajda iştirak etməyib. Beləliklə, içərisində 13, 15, 17, 19, 22 rəqəmləri olan variant da qeyd olunmuş pulsuz blankları o, yalnız iyunun 8-də satış məntəqəsinə təqdim edib və ayın 9-da onun həyatını dəyişən 96-cı xoşbəxt tirajın iştirakçısı olub. Qeyd etdiyimiz rəqəmlər olan variant Rövşəni tirajın qalibi, oyunun şərtlərinə əsasən yenidən lototrondan çıxan 17 rəqəmi isə 92 min 744 manatın sahib etdi.
Ənənəvi "birdən birə 92 min 744 manata sahib olduğunu biləndə hansı hissləri keçirdin?" sualına onun cavabı da ənənəvi oldu "vallah bu hissləri sözlə ifadə etmək olmur"
Bir çoxları adətən qaliblərə aşağıdakı sualı verirlər: "Bu uduşu nəyə sərf edəcəksən?" Onun bu suala cavabı əsl azərbaycanlı cavabıdır: "Bu uşaqların qismətidir, onları yerbəyer edəndən sonra bir şey qalsa, münasib bir avtomobil də alaram. Yenə də deyirik - Arzularına çatasan!
Məlumdur ki, Rövşən bu tirajda 45 variantla iştirak edib. Görəsən o rəqəmləri hansı qanunauyğunluq və ya məntiqlə müəyyən edibmiş?
Məlumdur ki, "5.36" oyununu intellektual oyun hesab edənlər var. Bir çoxları riyazi hesablamalar aparır, alqoritmlər axtarır, hansısa qanunauyğunluğu tutmağa çalışırlar. Bir qism iştirakçı özlərinin, yaxınlarının həyatlarındakı əlamətdar günləri seçir, bəziləri sadəcə ağıllarına gələn rəqəmləri yazırlar. Rövşən isə, özünün dediyinə görə, bir qayda olaraq rastlaşdığı tanış-bilişindən ona 1-dən 36-dək beş rəqəm söyləmələrini xahiş edir, əlinə düşən kitabların 1-dən 36-dək səhifələrini gözüyumulu açır və açılan səhifədəki rəqəmi seçir.
Bu dəfə onun metodu öz bəhrəsini verdi. Siz də istədiyiniz metodu tətbiq etməklə rəqəmləri seçin. Cəmisi beş rəqəm. Qoy seçdiyiniz rəqəmlər uğurlu olsunlar. "Azərlotereya" ASC - nin keçirdiyi bir-birindən maraqlı müxtəlif oyunlar Sizə cevinc gətirməkdədir. Sevinc payınızı götürməyə tələsin.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.