Oktyabr ayının unikal uduşları

Oktyabrın 26-da "Qızıl Payız" lotereyasının tirajını izləyənlər AzTV-nin canlı efirində dramatik anlar yaşadılar, qaliblər üçün bayram üstünə daha bir bayram gəldi.
Yüz faiz onlara məxsus olan Toyota "Prado" və orijinal Nissan "Juke" avtomobillərinin sahiblərinin bayram tətilini necə gözəl ovqatla keçirmələrini təsəvvür etmək çətin deyil. 48 yaşlı Kürdəmir sakini Fərzəliyev Fərzəli Mirvətli oğlunun, özü demişkən "durduğu yerdə Toyota "Prado"ya sahib olduğunu biləndə" hansı hissləri keçirdiyini həyəcansız və xoş təbəssümsüz dinləmək mümkün deyil. Uzun müddət işıq idarəsində işləyən və hazırda səhhəti ilə bağlı işdən çıxan Fərzəli söhbət edir ki, bazarda, oğlu və bir neçə tanışı ilə Qurban bayramı barədə məsləhətləşdikləri vaxt lotereya satıcısının "sabah "Qızıl Payız"ın tirajıdır, bir neçə bilet qalıb, axşam bazarıdır, alın, mən də gedim qurbanlıq tədarükü görüm, xeyirli olar, inşaallah" təklifini oğlunun məsləhəti ilə qəbul edib və üç bilet alıb. Alıb və Toyota "Prado"ya sahib olub. Növbəti yazılarımızda oxucularımızı Nissan "Juke" avtomobilinin sahibi ilə də tanış edəcəyik.
Yeri gəlmişkən qeyd edək ki, lotereya həvəskarlarını cəlb edən və onlara uduş sevincini yaşadan təkcə "Qızıl Payız" lotereyası deyil. 2012-ci ilin oktyabr ayı lotereya həvəskarlarının yaddaşında unikal bir ay kimi qalacaq. Ay başlayan kimi "Uğur" lotereyasından 34 020 manat məbləğində "Cek Pot"u udan Həsənov Əbülfət Mütəllib oğlu ilə tanış olduq və artıq ayın 18-də "5/36" lotereyasının 521-ci tirajında 001540 saylı bilet 43150 manat məbləğində "Cek Pot"u uddu. Bu uduşdan cəmi dördcə gün sonra, ayın 22-də "Binqo" lotereyasının 94-cü tirajında 027056 saylı bilet 75 000 manat məbləğində "Fortuna" pul mükafatına sahib oldu və nəhayət, yuxarıda qeyd etdiyimiz kimi, oktyabrın 26-da "Qızıl Payız"ın iştirakçıları Toyota "Prado", Nissan "Juke" avtomobillərinin və çoxlu pul uduşlarının sevincini daddılar. Qeyd etdiyimiz iri uduşlardan əlavə, "Binqo" lotereyasının 93-cü tirajında, lotereya azarkeşi olmasa da "hərdən bəxtini sınayan" Bakı sakini, 20 yaşlı Xəlilli Tural Alim oğlu Chevrolet "Aveo" avtomobilinə sahib oldu.
"5/36" lotereyasında 43 150 manat məbləğində "Cek Pot" udulandan 3 gün sonra Bakı sakini Məmmədov Emin Valeh oğlu növbəti "Cek Pot"un bir addımlığında dayansa da 2 779 manat uduşunu əldən buraxmadı. Bakı şəhər sakini Mahmudzadə Rüfət Əli oğlu və Gədəbəy şəhər sakini, hazırda Bakıda Ali məktəbdə təhsil alan, II kurs tələbəsi Əliyev Sabir Elşən oğlu, müvafiq olaraq 61-ci və 63-cü tirajda, hərəyə bir Kia "Rio" avtomobili udmaqla "Uğur" lotereyasından öz uğur paylarını aldılar. Möhtəşəm uduşlarla dolu cari ay hələ bitməyib. Bu yazı çapa gedən vaxtda, axşam "5/36" və "6/40" lotereyalarının tirajları keçiriləcək. "5/36" lotereyasının son uduşdan keçən bir neçə gün ərzində artıq 10 000 manatlıq həddi addamış, "6/40" lotereyasında isə sanballı bir məbləğə - 75 000 manata yüksəlmiş "Cek Pot"lar oktyabr ayının 30-da da oynanılacaqdır. Siz bu sətirləri oxuyarkən oktyabr ayının 31-dir və hər bir oyun iştirakçısı cari ayın və ilin belə uduş rekordunu təzələmək şansına malikdir. Çünki, bu gün oyun iştirakçılarının qarşısına "5/36" və "6/40" lotereyalarından əlavə, "Nissan Sunny" avtomobili və çoxsaylı uduşlarla bərabər 139 000 manat məbləğində "Meqa Pot"la "Klassik Loto" çıxır. Deməli, oktyabr ayı bu gün də hər birimizi daha sanballı sürprizlərlə sevindirmək iqtidarındadır. Kim bilir, bəlkə bu rekordu təzələmək və sevinci yaşamaq məhz sizin qismətinizdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında