GUAM müşahidəçilər qrupunun Ukrayna Ali Radasına seçkilərlə bağlı bəyanatı

GUAM Katibliyindən bildirmişlər ki, Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın - GUAM-ın nümayəndələri oktyabrın 28-də Ukrayna Ali Radasına keçirilmiş seçkilərə dəvət edilmişdir. Qurumu Azərbaycan Milli Məclisinin deputatı, GUAM-ın Parlament Assambleyasının sədri Elton Məmmədov və GUAM-ın baş katibi Valeri Çeçelaşvili ilə təmsil olunmuşdur.
GUAM-ın müşahidəçiləri Kiyev şəhərinin Şevçenko və Peçora seçki dairələrinin 17 seçki məntəqəsində müşahidələrin (o cümlədən onların açılması və bağlanması) nəticələrinə əsaslanaraq bəyanatla çıxış etmişlər. Sənəddə bildirilir ki, Ukrayna Ali Radasına seçkilər beynəlxalq öhdəliklərə və demokratik seçkilərin standartlarına, o cümlədən, Ukraynanın ATƏT və Avropa Şurası qarşısındakı öhdəliklərinə və həmin qurumların standartlarına, habelə milli qanunvericiliyə, Ukrayna Mərkəzi Seçki Komissiyasının hazırladığı qayda və prosedurlara müvafiq təşkil edilmiş və keçirilmişdir.
Sənəddə deyilir ki, GUAM-ın müşahidəçilər qrupunun komissiyaların seçki məntəqələrində fəaliyyəti ilə bağlı səsvermənin nəticələrinə əhəmiyyətli təsir göstərəcək iradları yoxdur.

{nl}

Zeynal AĞAZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Kiyev


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında