Mərkəzi Seçki Komissiyası ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılmışdır

Oktyabrın 30-da Avropa Şurası baş katibinin müavini Qabriela Battaini-Draqoninin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, Məzahir Pənahov Mərkəzi Seçki Komissiyasının Avropa Şurası ilə yüksək səviyyədə əməkdaşlıq etdiyini bildirmiş və bu faydalı tərəfdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əmin olduğunu demişdir. MSK sədri qeyd etmişdir ki, bu münasibətlər ölkəmizdə seçki prosesinin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır.
Səmimi qəbula görə minnətdarlığını bildirən nümayəndə heyətinin başçısı təmsil etdikləri qurumun Azərbaycan Mərkəzi Seçki Komissiyası ilə bundan sonra da intensiv əməkdaşlıq edəcəyini bildirmişdir.
Görüşdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə Avropa Şurası arasında əməkdaşlığın perspektivləri və birlikdə həyata keçiriləcək layihələrlə bağlı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında