Sergey LEYFERKUS: Müsabiqə iştirakçılarının vokal məktəbinin inkişafı tendensiyasını nümayiş etdirəcəklərinə inanıram

Bu sözləri Bakıda keçirilən vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin beynəlxalq münsiflər heyətinin sədri, Rusiya Federasiyasının xalq artisti, professor Sergey Leyferkus müsahibəsində demişdir.
S.Leyferkus bildirmişdir ki, opera sənəti, vokal sənəti daima inkişaf edir, zənginləşir. Biz İkinci dünya müharibəsindən sonrakı illərdə olduğu kimi oxumuruq. Müasir dövr vokalçılarının ifaları məşhur müğənni Rəşid Behbudov, professional italyan vokal məktəbinin yetirməsi olan Bülbülün ifası kimi deyildir. Bu da vokal sənətinin dəyişməsi ilə bağlıdır. Bu gün artıq İtaliyanın vokal məktəbi də dəyişir. Ümid edirəm ki, biz müsabiqənin hər bir mərhələsində yeni yaddaqalan səslər eşidəcəyik.
Beynəlxalq tərkibli münsiflər heyətinə sədrlik etməyin çətinliyini vurğulayan qonaq qaliblərin seçilməsində heyət üzvləri arasında fikir ayrılıqlarının və vahid qərara gəlməkdə tərəddüdlərin mümkün olacağını, buna baxmayaraq, hər bir iştirakçını obyektiv qiymətləndirməyin vacibliyini demişdir.
Sergey Leyferkus müsabiqə iştirakçılarına istedadlarını daha dolğun göstərməyi və onların hər birinin laureat olmasını arzulamışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında