Avropa Şurası Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarını yüksək qiymətləndirir

Oktyabrın 30-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası baş katibinin müavini xanım Qabriela Battaini-Draqoninin başçılığı ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşmüşdür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Avropa Şurası ilə səmərəli əməkdaşlığı qeyd edən nazir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə islahatları, o cümlədən hakimlərin sayının artırılması, onların Avropada ən şəffaf prosedurlarla seçimi barədə məlumat vermiş, bu tədbirlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirildiyini bildirmişdir. Həmçinin, penitensiar sistemin inkişafı, bu sahədə səmərəli ictimai nəzarətin tətbiqi, yerli özünüidarə sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə görülən işlərdən danışılmış, dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirləri, bu məqsədlə yeni innovativ və şəffaf xidmətlərin yaradıldığı qeyd olunmuşdur.
Ölkəmizə növbəti səfərindən məmnunluğunu ifadə edən Q.Battaini-Draqoni əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurlu inkişafını, Ədliyyə Nazirliyinin Avropa Şurası və onun struktur qurumları ilə əməkdaşlığını təqdir etmiş, məhkəmə-hüquq sistemində aparılan islahatlara maraq göstərərək, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə hazır olduğunu bildirmişdir.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında