Azərbaycan gələn ay İndoneziyada keçiriləcək sərgidə 125 adda müdafiə təyinatlı məhsul nümayiş etdirəcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyi (MSN) cari ilin noyabr ayında İndoneziyada keçiriləcək "İndo Defence 2012" sərgisində də 125 adda müdafiə təyinatlı məhsul nümayiş etdirəcək.
APA-nın məlumatına görə, bu barədə MSN-də 2012-ci ilin 9 ayının yekunlarına həsr olunmuş kollegiya iclasında qeyd olunub.
İclasda bildirilib ki, hesabat dövründə nazirliyin tabeli müəssisələrində 2012-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib. Güc strukturlarının sifarişləri üzrə bağlanmış müqavilələr əsasında müdafiə təyinatlı məhsullar istehsal edilərək sifarişçilərə təhvil verilib.
Hesabat dövründə MSN müəssisələrində istehsal olunmuş məhsulların ümumi həcminin 74 faizini müdafiə və xüsusi təyinatlı, 26 faizini isə mülki təyinatlı məhsullar təşkil edib. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 700-ə çatdırılıb.
Müdafiə təyinatlı məmulatların yaradılması üzrə 22 mərhələ yerinə yetirilib, o cümlədən, 9 mövzu tam başa çatdırılıb, digər mərhələlər üzrə işlər davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında