Azərbaycan ilə Belarus arasında iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş imkanlar vardır

Oktyabrın 30-da Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri və Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların həyata keçirilməsi yolları müzakirə olunmuşdur.
Azərbaycan ilə Belarus arasında iqtisadiyyat sahəsində qarşılıqlı faydalı əlaqələrin perspektivləri barədə danışarkən Gəncə avtomobil zavodunda həyata keçirilən birgə layihənin əhəmiyyəti xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, iqtisadi həyatın bir çox sahələri üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanlar vardır.
Hər iki tərəfdən görüşdə iştirak edən müvafiq nazirlik və baş idarələrin rəhbərləri nəqliyyat, maşınqayırma, energetika, kənd təsərrüfatı, tikinti və digər sahələr üzrə gələcək layihələr ətrafında geniş fikir mübadiləsi aparmışlar.
Müzakirələrdən sonra Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov qarşılıqlı səfərlərin ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikasını artırdığını bildirmiş, görüşdə müzakirə olunan məsələlərin əhəmiyyətini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında