Azərbaycan ilə Belarus arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunmuşdur

Oktyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə ölkələrimizin başçılarının qarşılıqlı rəsmi səfərlərindən sonra Azərbaycan ilə Belarus arasında əlaqələrin daha intensiv xarakter aldığı xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, son illər ciddi iqtisadi uğurlar əldə edən Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında iqtisadiyyatın bir çox sahələri üzrə, o cümlədən maşınqayırma, energetika, nəqliyyat, kənd təsərrüfatı və digər istiqamətlərdə əlaqələrin davam etdirilməsi hər iki tərəfin maraqlarına uyğundur. Xüsusən Gəncə avtomobil zavodunda həyata keçirilən müştərək layihələrin səmərəli nəticələr verdiyindən məmnunluq ifadə edilərək vurğulanmışdır ki, bu cür qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsi üçün hər cür imkanlar mövcuddur.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında