Dövlət Statistika Komitəsi: Son 12 ildə Azərbaycanda 55,254 milyard manatlıq əsas fondlar istifadəyə verilmişdir

Son 12 il ərzində Azərbaycanda əsas fondların istifadəyə verilməsi faktiki qiymətlərlə 55 254 254,4 min manat təşkil etmişdir.
"APA-ECONOMICS"in Dövlət Statistika Komitəsinin dərc etdiyi "Azərbaycanda tikinti - 2012" hesabatına istinadən verdiyi məlumata görə, ötən il ərzində ölkədə əsas fondların istifadəyə verilməsi 10 624 111,8 min manat təşkil edib ki, bu göstərici 2000-ci ilə nisbətən 16 dəfə artıb.
Əsas fondların istifadəyə verilməsində dövlət mülkiyyətində olan obyektlərin həcmi 18 348 965,0 min manat, qeyri-dövlət mülkiyyətində olan obyektlərin həcmi isə 36 905 289,4 min manat təşkil edib. Son 12 il ərzində dövlət mülkiyyətli obyektlərin həcmi 8,7 dəfə, qeyri-dövlət mülkiyyətli obyektlərin həcmi isə 28,3 dəfə artıb.
Əgər 2000-ci ildə istifadəyə verilmiş dövlət obyektlərinin ümumi həcmdə xüsusi çəkisi 63,3 faiz, qeyri-dövlət mülkiyyətli obyektlərin xüsusi çəkisi isə 36,7 faiz təşkil edirdisə, 2011-ci ildə bu göstəricilər müvafiq olaraq 34,8 faiz və 65,2 faiz təşkil edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında