10 192 dövlət qulluqçusu pensiya alır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2006-cı il tarixli sərəncamı ilə 23 iyun dövlət qulluqçularının peşə bayramı günü kimi təsis edilmişdir.
Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, 2010-cu il aprelin 1-nə olan statistikaya əsasən demək olar ki, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 192 nəfər təşkil edir. Onların orta aylıq pensiya məbləği isə 320,34 manatdır.
Qeyd edək ki, dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı əhalinin digər təbəqələrinə nisbətən fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. 2008-ci ildə dövlət qulluqçularının məvaciblərinin artırılmasına uyğun olaraq göstərilən kateqoriyadan olan şəxslərin pensiyaları iyulun 1-dən orta hesabla 50 faiz artırılmışdır.
Onu da bildirək ki, 2010-cu il aprel ayının 1-nə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1301,7 min nəfərdir.{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında