Maliyyə naziri Samir Şərifov: "SSRİ-dən qalan bank əmanətlərinin qaytarılması prosesi uğurla həyata keçirilir"

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsi prosesi sürətlə həyata keçirilir.
"APA-ECONOMICS "in məlumatına görə, bu barədə maliyyə naziri Samir Şərifov açıqlama vermişdir.
"Prosesin belə sürətlə gedəcəyini biz özümüz də gözləmirdik, bu da onun göstəricisidir ki, işlər heç də pis təşkil olunmamışdır", - deyə maliyyə naziri bildirmişdir.
Nazir bu prosesdə müəyyən nöqsanların olduğunu da istisna etməmişdir: "Bu işləri icra edən şəxslər tərəfindən, bank işçiləri tərəfindən problem yaradıla bilər. Amma bunlar cüzi xarakter daşıyır, yəni kütləvi hallardan danışa bilmərik.Hesab edirəm ki, bu proses uğurla həyata keçirilir".
Qeyd edək ki, əmanətlərin qaytarılması nəticəsində 2012-ci il iyunun 1-dən oktyabrın 1-dək əmanətçilərə ümumilikdə 349,109 milyon manatdan çox vəsait ödənilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında