Ermənilərin Azərbaycana köçürülməsinə dair arxiv sənədləri nəşr olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilmişdir.
APA -nın xəbərinə görə, institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Yaqub Mahmudovun rəhbərliyi ilə keçirilən şurada xarici ölkələrin dövlət arxivlərindən Azərbaycan tarixinə aid toplanılmış materialların instituta gətirilməsi və onların çapa hazırlanması vəziyyəti barədə hesabatlar dinlənilmişdir.
Qeyd olunmuşdur ki, təkcə 2012-ci ildə xarici ölkələrdən gətirilən sənədlər əsasında 6 sənəd toplusu çapdan çıxıb, qalan sənədlər isə çapa hazırlanır. Cənubi Azərbaycanda ermənilərin azərbaycanlılara qarşı soyqırımına dair sənədlər də ölkəmizə gətirilib. Həmin sənədlərin də toplu halında nəşr olunması planlaşdırılır.
Bununla yanaşı, ermənilərin Azərbaycana köçürülməsinə dair arxiv sənədləri ayrıca toplu şəklində nəşr olunacaq. Şurada qərara alınıb ki, Azərbaycan torpaqlarının tarixi keçmişi də sistemli şəkildə araşdırılmalıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında