Nəsimi rayonunda Qurban bayramı qeyd edilmişdir

Qurban bayramı ölkəmizin hər yerində olduğu kimi, Nəsimi rayonunda da böyük təntənə ilə qeyd edilmişdir. 
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hamını bu müqəddəs bayram münasibətilə təbrik etmişdir. O demişdir ki, xalqımız əsrlər boyu öz milli-mənəvi dəyərlərinə böyük ehtiramla yanaşmış, gözəl adət-ənənələrinə sadiq qalmışdır. Azərbaycanda Qurban bayramı böyük ruh yüksəkliyi və təntənə ilə qeyd olunur. Bu bayram mərhəmət, bərəkət və xeyirxah əməllərin rəmzi, insanları bir-birinə yaxınlaşdıran, onlara ən yüksək keyfiyyətlər bəxş edən hadisədir.
Həmin gün rayon icra hakimiyyəti tərəfindən 900 ailəyə qurban payı verilmişdir. Eyni zamanda, yataq xəstəsi olan sakinlərə baş çəkilmiş, onlara qurban payları verilmişdir.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında