Azərbaycan Respublikası və Qaraçay-Çərkəs Respublikasının iş adamlarının müxtəlif sahələrə sərmayə qoyması üçün hər cür imkanlar mövcuddur

Oktyabrın 29-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Rusiya Federasiyası Qaraçay-Çərkəs Respublikasının başçısı Rəşid Təmrəzovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. 
Səmimilik şəraitində keçən görüşdə Rusiya Federasiyasının subyektlərindən biri olan Qaraçay-Çərkəs Respublikası ilə ölkəmiz arasında səmimi dostluq münasibətlərinin çoxəsrlik tarixi xatırlanmışdır. Bu baxımdan iqtisadi-mədəni əlaqələrin daha da genişlənməsi, iş adamlarının müxtəlif sahələrə sərmayə qoyması üçün hər cür imkanların mövcudluğu diqqətə çatdırılmışdır. Hər iki tərəf qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə xidmət edən bütün layihələri dəstəkləməyə hazır olduğunu vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}


AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında