Azərbaycanda "Qayalarda yazılanlar" adlı beynəlxalq proqramın icrasına başlanılıb

Mədəniyyət və Turizm Nazirliyi, Qobustan Milli Tarix-Bədii Qoruğu, Amerika Birləşmiş Ştatlarının Amerika Hinduların Milli Muzeyi və Smitsonian İnstitutunun tərəfdaşlığı ilə "Qayalarda yazılanlar" adlı beynəlxalq proqramın icrasına başlanılıb. 
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, cari ilin sentyabrından başlanan layihədə iştirakçılar qarşılıqlı səyahətlər edərək, arxeoloq və qayaüstü təsvirlər üzrə mütəxəssislərlə birgə təlimlər keçəcək, qayaüstü təsvirlərin konservasiyası, sənədləşdirilməsi və idarə olunması sahəsində təcrübə toplayacaqlar.
Hər ölkə üzrə 10 nəfərədək şəxsin iştirak etdiyi proqramda, cari ilin 21-27 oktyabr tarixində amerikalı qrupun Azərbaycana, 2013-cü ilin 9-15 mart tarixində isə Azərbaycandan olan qrupun ABŞ-a səfəri nəzərdə tutulur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında