Ermənistan ordusu Dağlıq Qarabağda Yaponiyadan alınmış texnikalardan istifadə edir

Halbuki rəsmi Tokio Azərbaycan və Ermənistan da daxil olmaqla, münaqişəli ölkələrə hərbi təyinatlı məhsul satmadığını bəyan edir
Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda keçirilən təlimlərində Yaponiyadan alınmış tank daşıyıcılarından istifadə olunub.APA-nın məlumatına görə, Rusiyanın Strategiya və Texnologiyaların Analizi Mərkəzinin (AST) saytında həmin texnikaların fotoları yer alıb.
AST-nin direktor müavini Konstantin Makienkonun Qarabağdan hazırladığı foto reportajdan bəlli olur ki, Ermənistan Ordusunun Qarabağdakı birlikləri və separatçı rejimin hərbi bölmələri Yaponiyanın "Hino" şirkətinin istehsalı olan tank daşıyıcılarına malikdir. Taktik nəqliyyat vasitələrinin nə vaxt alındığı barədə isə heç bir məlumat yoxdur. Ermənilər bu nəqliyyat vasitələrindən əsasən ağır zirehli texnikaların daşınması üçün istifadə edirlər.
Bu faktlar xarici ölkələrin Ermənistana satdığı hərbi texnikanın Dağlıq Qarabağ separatçılarına ötürüldüyünü bir daha təsdiqləyir. Bundan əvvəl - cari ilin may ayında Xankəndində keçirilən paradda Serbiyanın 2007-ci ildə BMT-yə Ermənistan Respublikasına satdığını göstərdiyi M93 "Black Arrow" tipli snayper tüfənginin Qarabağ "ordusu"nun inventarında yer aldığı üzə çıxmışdı.
Qeyd edək ki, Yaponiya Azərbaycan və Ermənistan da daxil olmaqla münaqişəli ölkələrə hərbi təyinatlı məhsulların satışını həyata keçirmədiyini bəyan edib. Lakin məlum olur ki, Yaponiya bu bəyanatına əməl etməyərək Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana hərbi texnika satır.
Fotoreportajda ermənilərin cəbhə xəttində - ön mövqelərdə tank və piyadaların döyüş maşınlarını yerləşdirdiyi də əksini tapıb. Fotolardan göründüyü qədər ermənilər diqqəti cəlb etməmək üçün tank və PDM-lərin üzərini maskalayıblar.
Qeyd edək ki, AST hərbi sahədə araşdırmaları ilə məşhurdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında