Niderlandda türkdilli dövlətlərin beynəlxalq sərgisində Azərbaycan bayrağı ucaldılmışdır

Mərkəzi ofisi Niderlandın paytaxtı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən bildirmişlər ki, oktyabrın 18-dən 22-dək ölkənin Haarlem şəhərində möhtəşəm beynəlxalq sərgi keçirilmişdir.
Sayca 6-cı olan bu sərginin təşkilinin əsas məqsədi avropalıları, o cümlədən hollandları türkdilli dövlətlərin mədəniyyəti, musiqisi, zəngin mətbəxi, adət və ənənələri ilə yaxından tanış etməkdir.
Bu sərgi Avropanın ən böyük EXPO sərgilərindən biri hesab olunur.
Sərgidə qonaq qismində iştirak edən BAK-ın sədri Sahil Qasımov 22 dövləti təmsil edən səfirləri salamlamış, EXPO sərgisinə ev sahibliyi edən Türkiyə dövlətinin Niderland Krallığındakı səfirini belə mötəbər tədbirə görə təbrik etmişdir.
Sərgi Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Anadolu Filarmoniya Orkestrinin çıxışı ilə açılmışdır.
Beynəlxalq sərgidə digər türkdilli dövlətlərlə yanaşı, Azərbaycan bayrağı da ucaldılmışdır.
Sərgini 4 gün ərzində 200 minə yaxın insan ziyarət etmişdir.

{nl}

Əsgər ƏLİYEV, AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında