Səbaildə Qurban bayramı mərasimləri

Qurban bayramı münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən mərasimlərdə idarə və təşkilatlar, iş adamları, xeyriyyəçilər qurbanlar kəsmişlər. 
Qarabağ Əlilləri, Müharibə Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Səbail rayon şöbəsində təşkil olunan mərasimə toplaşanları Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Yavər Allahverdiyev müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etmişdir. Bugünlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin böyük savab olduğunu vurğulayan natiq həyata keçirilən sosial yönümlü işlər, Qurban bayramı tədbirləri barədə məlumat vermiş, rayon ictimaiyyətinin nümayəndələrindən iki nəfərin Həcc ziyarətinə göndərildiyini bildirmişdir.
Mərasimdə qeyd edilmişdir ki, RİH-nin təşkilatçılığı ilə bu il aztəminatlı ailələrə bayram günlərində 2500 pay ət verilmiş, 200 nəfərə maddi yardım göstərilmişdir. Qurban bayramı günlərində isə Səbail rayonunda yaşayan şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, qaçqınlara və məcburi köçkünlərə, kimsəsizlərə və tənhalara - ümumilikdə 2400 ailəyə qurban payları veriləcəkdir.
Tədbirdə çıxış edənlər bayram münasibəti ilə göstərilən yardımlara görə razılıqlarını bildirmişlər.
Qurban bayramı ilə əlaqədar tədbirlər Badamdar və Bibiheybət qəsəbələrində, "Bibiheybət" ziyarətgahında və İçərişəhərdəki "Cümə" məscidində də keçiriləcək, imkansızlar üçün bayram süfrələri təşkil olunacaqdır.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında