Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artaraq 13272 nəfərə çatmışdır

Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 8,6 faiz artmışdır. 2012-ci il oktyabrın 1-nə olan statistikaya əsasən, DSMF tərəfindən əlavə olaraq 1051 nəfər əcnəbi vətəndaşa fərdi hesab açılmışdır və nəticədə sistemdəki əcnəbilərin sayı 13 272 nəfərə yüksəlmişdir. 
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 90,2 faizini kişilər, 9,8 faizini isə qadınlar təşkil edir.
Ümumilikdə 95 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (7733 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1551 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə 687 nəfərə çatmışdır. Sıra ardıcıllığına nəzər salsaq, görərik ki, siyahıda 435 nəfərlə İran İslam Respublikası, 294 nəfərlə Hindistan, 259 nəfərlə isə Çin Xalq Respublikası gəlir. Böyük Britaniya və Şimali İrlandiya Krallığından olan vətəndaşların sayı 169, Özbəkistandan olanların sayı 161, Bosniya və Hersoqovinadan 128, Pakistan İslam Respublikasından 116, Almaniyadan 114, Ukraynadan 109, Filippindən olanlar isə 108 nəfərdir. Qeydiyyata alınan əcnəbilərin sayına görə son yerlərdə İtaliya (93), Türkmənistan (91), Malayziya (87), Qazaxıstan (78), ABŞ (71) və s. ölkələr gəlir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında